AZ   |   RU
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib - FOTOLAR

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov dəfn edilib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, şəhidin nəşi Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.




  • Dünən, 14:50