AZ   |   RU
Bakı-Qazax magistralında “Mercedes” yolda dayanan yük avtomobili ilə toqquşub, ölən var

 

Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qəza olub, bir nəfər ölüb.

Bu barədə Missiya.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, bu gün saat 01 radələrində sözügedən ərazidə Mingəçevir şəhər sakini Rəsul Novruzovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan yük avtomobili ilə toqquşub. Qeyd edilib ki, ilkin ehtimalla sükan arxasında yuxulayan 22 yaşlı R.Novruzov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

BDYPİ sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırıb.




  • Dünən, 14:35