AZ   |   RU
Ermənistan və Gürcüstan Putinin həbs edilməsini dəstəkləyən bəyannaməni imzalayıb

Ermənistan və Gürcüstan Avropa İttifaqının (Aİ) Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbsinə dair orderini dəstəkləyən bəyannaməsini imzalayıblar. 


Missiya.Az xəbər verir ki, sənəd Aİ-nin saytında dərc olunub.


Bildirilir ki, bəyannamə Ukraynadakı münaqişə ilə bağlı ədalət problemlərinin həlli prinsiplərini müəyyən edir. 


Qeyd edək ki,  Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və bir sıra digər ölkələr imzalayıb. Eyni zamanda, Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya sənədi imzalamaqdan imtina ediblər.



Daşqın Həsənov
Missiya.Az



  • 6-09-2024, 14:39