AZ   |   RU
Peskov Rusiyanın Durovla bağlı vəziyyətdə mümkün iştirakını şərh etdi


"Telegram" messencerinin təsisçisi Pavel Durovun Rusiya vətəndaşlığına malik olmasına baxmayaraq, o, həm də Fransa vətəndaşıdır ki, bu da Rusiya Federasiyasının sahibkara yardım etmək imkanlarını məhdudlaşdırır".

Missiya.Az xəbər verir ki, bunu sentyabrın 5-də Kreml rəsmisi Dmitri Peskov IX Şərq İqtisadi Forumu (EEF-2024) çərçivəsində “İzvestiya”ya müsahibəsində deyib.

“Rusiya tərəfi, əlbəttə ki, öz vətəndaşına bütün lazımi yardımı göstərməyə hazırdır, lakin Pavel Durovla bağlı məsələdə vəziyyət fərqlidir. Çətin ki, bu vəziyyət nə Rusiya, nə də Fransa tərəfini hansısa təmaslara sövq edə bilsin”, - Peskov qeyd edib.

Xatırladaq ki, "Telegram"ın yaradıcısı Pavel Durov avqustun 24-də Paris Le Burje hava limanında saxlanılıb. O , narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaqlara qarşı cinayətlər, çirkli pulların yuyulması və dələduzluq kimi bir sıra cinayətlərdə ittiham olunub .


Zərintac Mayisqızı
Missiya.Az




  • 5-09-2024, 09:42