AZ   |   RU
ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib


Sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 7 və 8-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Bu barədə Missiya.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (

www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür”, - məlumatda qeyd edilib.




  • 4-09-2024, 10:45