AZ   |   RU
Çin Yerin məsafədən zondlanması üzrə orbitə daha bir qrup peyk çıxarıb


Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün orbitə “Yaogan” seriyasından bir neçə peyk çıxarıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Peyk qrupunu orbitə aparan “Uzun yürüş-4B” (“Long March-4B”) raketinin buraxılışı yerli vaxtla səhər saat 9:22-də Siçuan vilayətindəki Siçanq məntəqəsindən həyata keçirilib. “Çin Aerokosmik Elmlər və Texnologiyalar” korporasiyasının məlumatına əsasən, peyklər planlaşdırılan orbitə çatıb. “Yaogan” peykləri yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə ediləcək. Qeyd edək ki, bu, “Uzun yürüş” seriyasından 533-cü raket buraxılışı olub.


Zərintac Mayisqızı
Missiya.Az



  • 3-09-2024, 15:10