AZ   |   RU
Dünyanın ən bahalı numizmatika kolleksiyası hərracda


Danimarkalı iş adamı və kolleksiyaçı Lars Emil Brunun 20-ci əsrin əvvəlində topladığı nadir sikkə kolleksiyası sentyabrın 14-də hərraca çıxarılacaq.

Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV-dən bildirilib.

Məlumata görə, Emil Brun 1922-ci ildə bu kolleksiyanı bir varlı ailədən alıb. Kolleksiyanın təkrar satılacağı təqdirdə Danimarka Milli Muzeyinin imtiyazlı alıcı hüququ şərt kimi irəli sürülüb. O, bir il sonra dünyasını dəyişib. Birinci dünya müharibəsinin fəlakətlərinə şahid olan kolleksiyaçı topladığı əşyaların ölümündən sonra 100 il milli sərvət kimi saxlanmasını vəsiyyət edib. Bu müddət 2023-cü ilin sonunda başa çatıb. Yerli KİV-in məlumatına görə, 20 mindən çox sikkənin toplandığı kolleksiya hərraca çıxarılmaq üçün hazırdır. Kolleksiyadakı 16-17-ci əsrlərə aid 7 sikkəni Danimarka Milli Muzeyi satın alıb.


Zərintac Mayisqızı
Missiya.Az




  • 3-09-2024, 10:11