AZ   |   RU
Heyvanların hüquqları qanunla necə qorunur? – Vəkil açıqladı


Hər birimiz yaxşı bilirik ki, heyvanlar hiss və hərəkət qabiliyyətinə malik canlılardır. Sevgi, qayğı və düzgün öyrətmə üsulları ilə onları qorumaq gərəklidir. Axı onlar bizim ən sadiq dostlarımızdır. Lakin əksər insanlar bu dilsiz canlılara qarşı kobud rəftar edirlər, əziyyət verirlər, zorakılıq tətbiq edirlər. Bir sözlə heyvanları çox incidirlər. Küçələrdə çoxlu sayda sahibsiz pişik və itlər görürük. Onlara kiçik bir qida almaq yerinə bəzi şəxslər həmin canlıları tapdalayır, təpikləyir və s. Son zamanlar belə xəbərləri tez-tez eşidirik.

Heyvanlara müvafiq qurumların düzgün nəzarət etmədiyi və baxmadığı üçün təəssüf ki, bəziləri quduzlaşır və ətrafa zərər verməyə başlayırlar.

Hüquqşünas Ramil Süleymanov Missiya.Az-a açıqlamasında deyib ki, Azərbaycan 1987-ci ildə Strasburq şəhərində qəbul olunmuş “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasını 2007-ci ildə ratifikasiya edib:

“Konvensiyanın 12-ci maddəsində göstərilir ki, onu təsdiq etmiş ölkələr sahibsiz heyvanların quduzluq, ya da yoluxucu xəstəliklər səbəbindən azaldılması işlərini də icra edən zaman bunu əziyyətsiz yerinə yetirməlidir. Ümumiyyətlə sözügedən canılara qarşı şiddətli davranan, rəhmsiz və zorakı hərəkətlər qanunla qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə görə heyvanı tələf yaxud da şikəst edən şəxs 500 manat məbləğində cərimə olunur”.



Zərintac Mayisqızı
Missiya.Az





  • 2-09-2024, 10:27