Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi evlərin tikintisiüçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tender elan edib.
Missiya.Az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 19-u, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 27-si, saat 18:00-a qədər Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Anna Elyaşinadır. Telefon: (012) 596-44-09.
Təkliflərə aprelin 28-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Bu tender hesabına 36 şəhər və rayonda 450 ədəd fərdi ev tikiləcək.