AZ   |   RU
Azərbaycanda 515 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4402 nəfərdir.

Ölkədə son sutka ərzində 8 462, hazırkı dövrədək isə 2 671 613 test aparılıb.

Qeyd edək ki, ötən sutka aparılan testlər zamanı 297 nəfərin nəticələri pozitiv çıxmışdı. 


  • 10-03-2021, 17:07