AZ   |   RU
XXI əsrin ən yaxşı futbolçularının siyahısı


İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin hücumçusu Erlinq Holann XXI əsrdə meydana çıxdığı matçlarda ən yaxşı qol ortalamasına malik futbolçudur.

Missiya.Az
xəbər verir ki, bu barədə "PopFoot" nəşri "X" hesabında paylaşım edib.

24 yaşlı forvardın orta göstəricisi 0,82-yə bərabərdir. Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi ikinci (0,78), Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çıxış edən Kriştianu Ronaldu üçüncü olub.

1. Erlinq Holann - 0,82 (315 oyunda 257 qol)

2. Lionel Messi - 0,78 (838/1069)

3. Kriştianu Ronaldu - 0,73 (897/1233)

4. Kilian Mbappe - 0,72 (332/462)

5. Robert Levandovski - 0,70 (654/928)

6. Harri Keyn - 0,63 (407/644)

7. Neymar - 0,61 (440/719)

8. Ruud Van Nistelroy - 0,60 (227/463)

9. Luis Suares - 0,60 (576/968)

10. Zlatan İbrahimoviç - 0,58 (567/980).


Zərintac Mayisqızı
Missiya.Az




  • 23-08-2024, 15:55