AZ   |   RU
Futbol tarixinin ən uğursuz transferlərinin siyahısı tərtib olunub


Məşhur “goal.com” portalı futbol tarixindəki ən uğursuz transferlərin siyahısını hazırlayıb.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, müəlliflər fransalı vinger Usman Dembelenin 2017-ci ildə Dortmund "Borussiya"sından İspaniyanın "Barselona" klubuna 135 milyon avro qarşılığında baş tutan transferini ən uğursuz keçid kimi qiymətləndiriblər.

U.Dembele “Barselona”nın heyətində ümumilikdə 185 oyun keçirib, 40 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb. 27 yaşlı futbolçu ötən yay "Barselona"dan PSJ klubuna keçib. İlk “3-lüy”ə La Liqa ilə bağlı daha iki transfer daxil edilib. Eden Azarın İngiltərənin “Çelsi” klubundan Madrid “Real”ına keçidi (2019-cu il, 120 milyon avro) ikinci uğursuz transfer kimi qiymətləndirilib. 2018-ci ildə 135 milyon avro müqabilində İngiltərə təmsilçisi “Liverpul”dan “Barselona” klubuna gedən Filip Koutinyonun keçidi isə ən uğursuz üçüncü transfer olub.


Zərintac Mayisqızı
Missiya.Az



  • 22-08-2024, 16:11