AZ   |   RU
Təbii qocalmaqdan gözəl nə var ki? - Rafael İsgəndərov


Əməkdar artist Rafael İsgəndərov "Şən gənc" verilişində xanımların aşırı dərəcədə bıçaq altına yatmasını tənqid edib.

Missiya.Az xəbər verir ki, o, artıq hamının bir-birinə oxşadığını deyib.

"Hamıda burun, dodaq bənzəyir. İndi də çənə uzadırlar. Bunu neçə yaşa kimi edəcəklər? Bədəndə iki hissəni düzəltmək olmur: boğazın altı və əllər. Xaricdə bunu baha qiymətə edirlər, bizdə yox. Bunlar hamısı Ajda Pekkan olmaq istəyirlər? Təbii qocalmaqdan gözəl nə var ki?", - Əməkdar artist vurğulayıb.


Zərintac Mayisqızı
Missiya.Az




  • 20-08-2024, 16:03