AZ   |   RU
“Tehran Qarabağ ermənilərinin geri qayıtmasını istəyir, lakin azərbaycanlılarıın Ermənistana qayıdışı qəbuledilməzdir” - İranlı politoloq

”Qarabağ ermənilərinin geri qayıtması İran üçün çox vacibdir”.


Missiya.Az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bunu iranlı politoloq Puya Hüseyn deyib.


Onun sözlərinə görə, İran rəsmi kanallar vasitəsilə bu haqda danışır. 


“Qafqazdan kənarda etnik dəyişikliklər İran üçün qəbuledilməzdir. Buna görə də İran Qarabağda məskunlaşdırılan ermənilərin köçməsini qanunsuz hesab edir. İran “Qarabağ ermənilərinin bölgəyə qayıtmasını və onların təhlükəsizliyini təmin etmək istəyir”, - deyə politoloq vurğulayıb.


Hüsyen qeyd edib ki, Ermənistanın işğal etdiyi torpaqlara azərbaycanlıların qayıtması da İran üçün qəbuledilməzdir.


"Sünik məsələsi mütləq qaldırılacaq, orada yaşayan azərbaycanlılar tədricən hüquq, o cümlədən təhlükəsizlik tələb edə bilərlər. Belə olduqda Türkiyənin hərbi güclə müdaxiləsinə əsas yaranacaq ki, bu da Sünikin təhlükəsizliyini çox həssas edəcək”, - deyə politoloq bildirib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 8-08-2024, 17:56