AZ   |   RU
Dövlət başçısı: "Tuğun bərpa konsepsiyası ayrıca hazırlanır"

"Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq".

Missiya.Az
xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 9-da Tuğ kəndində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə söhbətində deyib.
Dövlət başçısı qeyd edib ki, Tuğ tarix baxımından çox qədim və önəmli bir yerdir:
"Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq – təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var".
İlham Əliyev bildirib ki, Tuğda turizm yerləri, sanatoriyalar yaradılacaq:
"Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür".
"Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır", - Prezident əlavə edib.


  • 10-10-2021, 14:00