AZ   |   RU
"Ermənistan anlamalıdır ki, yeni müharibə onun dövlət kimi varlığına son qoyacaq" - Ramin Əhmədov


"Ermənistanın sərhəd ərazilərdə təxribatları davam edir. Bu gün də Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib".

Missiya.Az 
xəbər verir ki, bu barədə TAİB təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz "facebook" hesabında yazıb.

Ramin Əhmədovun sözlərinə görə, bütün bunlar əlbəttə ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətsizliyindən xəbər verir.

"Rəsmi İrəvan hələ də anlamır ki, Fransadan, Hindistandan aldığı silahlar ermənilərə yaxşı heç nə vəd eləmir. Yeni müharibə bütün hallarda Ermənistanın dövlət kimi varlığına son qoyacaq. Qərb ölkələri, xüsusən Makron Fransasının əlində maşa rolunu oynayan Ermənistan II Qarabağ müharibəsində aldığı zərbədən, ağır məğlubiyyətdən hələ özünə gələ bilməyib. Ölkənin sosial-iqtisadi vəziyyəti printus səviyyəsindədir, ictimai-siyasi ab-hava isə gərgin müstəvidən sabit atmosferə keçid edə bilmir. Belə bir şəraitdə Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq və bununla hər cəhətdən inkişaf imkanları əldə etmək əvəzinə yeni müharibəyə həvəslənib, revanş xəyallarına dalmaq dəlilikdən başqa bir şey deyil. Azərbaycan Ordusu II Qarabağ müharibəsindən sonra öz potensialını daha da artırıb. Dövlətimiz bütün sahələrdə əvvəlki kimi dinamik inkişafdadır. Ən əsası, bu dövlətin sükanı arxasında milli maraqlarımızı hər şeydən öndə tutan qətiyyətli lider, müzəffər sərkərdə dayanıb. İrəvan bütün bunları hesablamalı, yeni müharibənin onun üçün nələr vəd etdiyini göz önünə gətirməli və təxribatlardan uzaq durmalıdır. Əks halda aqibət çox ağır ola bilər", - deyə TAİB təsisçisi vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 29-07-2024, 12:25