
Ana təbiət və onun parçaları Allahın dünyaya bəxş etdiyi möcüzələrdəndir. İnsan ətrafında olan bütün reallıq təbiət adlanır. O öz ecazkarlığı, qeyri-adiliyi ilə daim təəccübləndirir. Təbiəti araşdırdıqca həmişə yeni bilgilər ortaya çıxır. Bildiyimiz kimi heyvanlar da ana təbiətin bir parçasıdır. Yer üzündə qeyri-adi heyvanlar da çoxdur.
Bəs onları tanıyırdınızmı? Kifayət qədər məlumatınız yoxdursa sizin üçün həmin heyvan növlərinin bir neçəsini araşdırdıq.
Sözügedən qəribə heyvanlar aşağıdakılardır:
Kit baş və ya kral hacıleylək - Şərqi Afrikanın tropik bataqlıqlarında yaşayır. Onun hündürlüyü 110-152 sm-ə qədər çata bilər.

Okapi - zürafələr fəsiləsinə aid gevişən heyvan növü. İlk baxışda zürafədən çox ata oxşayır və zebra kimi belində ağ-qara zolaqlar var . "Meşə zürafəsi" və ya "Qısa boyunlu zürafə" kimi də adlanır. Okapinin xəzi şokolad rəngli, məxmər kimidir və bir az qırmızımtıl parıltıya malikdir. Arxa ayaqlarının yuxarı hissəsində qara və ağ zolaqlar var. Onun da üzü ağ-qaradır. Ayaqları zürafəninki kimi olmasa da, çox uzundur. Erkəklərin iki qısa buynuzları mövcuddur. Dişilərin buynuzları yoxdur.

Panda qarışqası - heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin "mutillidae" fəsiləsinin "euspinolia" cinsinə aid heyvan növüdür. Xarici görünüşünə görə Panda qarışqası olaraq adlandırılıb. Kiçik ağ-qara rəngli, tüklü qarışqa. Uzunluğu 8 mm-dir. Gözlər yarımsferik, seyrsizdir. Dişilərin sinəsi armudvaridir.

"Umbonia Spinosa" böcəyi - Bu böcək kürəyindəki iti tikanla bitkilərin gövdəsini yarır və şirəsini içir.

Mavi əjdaha - Həmin heyvanlar şlakları öz zəhərlərini istehsal etmək əvəzinə onu bədən hissələrini yedikləri canlılardan alırlar. Yırtıcılardan qorunmaq üçün öz toxumalarında sancıcı nematosistlər saxlayırlar. İnsanlar mavi əjdaha görəndə məsafəli davranmalıdır. Çünki onlar adamı dişləyəndə, sancanda müxtəlif xəstəliklərə səbəb olur.

Tovuzquşu xərçəngi - Tovuzquşu xərçəngi -boqomol (Odontodactylus scyllarus) Quam adalarından Şərqi Afrikaya qədər Hind-Sakit Okeanında yaşayan böyük dəvədəlləyi xərçəngidir. Okean canlılarının satışı ticarətində gözəlliyinə və başqa dəniz canlıları üçün təhlükəli olduğuna görə diqqət çəkirlər. 3-18 sm uzunluğunda böyüyə bilən bu xərçəng rəngarəngliyi ilə seçilir. Onlarda əsasən yaşıl rəng hakim olmaqla bərabər, narıncı ayaqlar, sərt ön hissəsi isə leopar-naxışlı olur.

Şəkər planörü - Elmi olaraq "Petaurus breviceps" kimi tanınan şəkər planer kiçik, hər şeyi yeyən, ağacvari və gecə tipli planerdir. Bu canlıların ağac şirəsi və nektar kimi şəkərli qidalara üstünlük verdiyi və havada üzdüyü məlumdur. Sincaplara bənzəsələr də, yaxın qohum deyillər; Bu, konvergent təkamülün bir nümunəsidir. "Qısa başlı ip rəqqası" mənasını verən "Petaurus breviceps" adı bu heyvanların tavan akrobatikasına aiddir.

Yarpaqlı dəniz əjdəhası - Ona "cır-cındır" da deyilir. Diqqətlə baxanda görə bilərsiniz ki, bu, ümumiyyətlə yosun deyil, dəniz atlarının yaxın qohumu olan balıqdır. Su altında bu canlılar dəniz bitkilərinin yarpaqlarına oxşayırlar. Onların yarpağa bənzər bədən hissələri əslində suyun altında hərəkət etmək üçün istifadə olunmur. Bu aksesuarlar özünüzü maskalamağa kömək edir. Çətin görünən şəffaf üzgəclər onlara üzməyə yardımçı olur, buna görə də "cır-cındır"ın görünüşü heyvanı olsa da, daha çox görünüşünü təqlid etməyə çalışdığı bitkiyə bənzəyir.

Ana təbiəti öyrəndikcə nə qədər şeyi bilmədiyini anlayırsan. Qısa da olsa təqdim etdiyimiz məlumatların faydalı olacağını düşündük. Növbəti araşdırmalarımızda da öyrədici, faydalı bilgiləri diqqətinizə çatdıracağıq.
Zərintac Mayisqızı
Missiya.Az