Avropanın aparıcı ölkələrinə aid media orqanlarında zəngin Qarabağ mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən təbliğat xarakterli yazılar dərc edilib.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Britaniya, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriya mətbuatında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlanıb.
Məqalələrdən biri UNESCO irsi sayılan muğamın Qarabağdakı tarixi, xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarıbülbül” festivalı və digər məqamlara həsr edilib. Məqalələrdə, həmçinin Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edilən mədəniyyət müəssisələri barəsində də məlumat verilib.
Məqalələrdə Azərbaycanın rəsmi qurumları – Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.
Yazılar Britaniyanın “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın 3 dildə yayımlanan “Newsday” saytında dərc edilib.
Qeyd edək ki, məqalələr Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin icra etdiyi “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Məqalələrin müəllifi Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlıdır.
Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://thebestmagazine.uk/2024/07/11/garabagh-cuisine-its-more-than-just-tasty-dishes/
https://praguemorning.cz/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet/
https://zemya.bg/пътепис-уникалните-килими-от-град-шуш/
https://newsday.ge/index.php?m=31&cat_id=130&news_id=45520&lng=eng
https://avusturyagunlugu.com/haber/20897435/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet
https://thebestmagazine.uk/2024/07/16/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet/