AZ   |   RU
Altıqat Fransa çempionu "Bordo" üçüncü diviziona göndərilib


"Bordo" futbol komandası Fransanın üçüncü divizionuna göndərilib.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub 2024/2025 mövsümü üçün maliyyə təminatı verə bilmədiyindən federasiya bu cür addım atıb.

Ötən mövsüm “jirondin”lər Fransanın ikinci liqasında 12-ci yeri tutmuşdu və ikinci diviziondakı yerini möhkəmləndirmişdi.

Əlavə edək ki, “Bordo” Fransanın altıqat çempionudur.




  • 23-07-2024, 19:02