AZ   |   RU
XXI əsrin ən yaxşı 100 kitabının siyahısı açıqlandı


“New York Times” XXI əsrin 100 ən yaxşı kitabının siyahısını dərc edib.


Missiya.Az Trend-ə istinadən xəbər verir ki, qəzetin əməkdaşları müəlliflər, tənqidçilər və ədəbiyyat həvəskarları arasında sorğu keçirərək, onlardan 2000-ci ildən bəri nəşr olunan 10 ən yaxşı kitabın adını çəkməyi xahiş ediblər. Nəticədə siyahının tərtib edilməsində 503-ə yaxın insan iştirak edib.

Kitab müəlliflərinin arasında Stiven Kinq, Ceyms Patterson, Sara Cessika Parker, Marlon Ceyms və bir çox başqaları var.


“Ümid edirik ki, siz bu siyahıda həmişə oxumaq istədiyiniz kitaba rast gələcəksiniz və ya yenidən oxumaq istədiyiniz sevimli kitabınıza rastlayacaqsınız. Hər şeydən əvvəl isə inanmaq istəyirik ki, burada təqdim olunan mövzuların, səslərin, fikirlərin, təcrübənin və təxəyyülün genişliyi bizim kimi sizi də ruhlandıracaq və valeh edəcək”, - deyə nəşrin açıqlamasında qeyd olunur.

Qəzetin yazdığına görə, ən yaxşı 100 kitabın siyahısında Elena Ferrantenin “Mənim dahi rəfiqəm” əsəri birincidir. İlk onluğa, həmçinin aşağıdakı əsərlər daxil edilib: İzabel Vilkerson –“Digər günəşlərin istisi: Amerikaya böyük köçün epik hekayəsi”, Hilari Mantel – “Canavar zalı”, Edvard Pol Cons – “Məşhur dünya”, Conatan Franzen- “Ddüzəlişlər”, Roberto Bolanyo – “2666”, Kolson Uaythed –“Yeraltı dəmir yolu”, Vinfrid Georq Zebald – “Austerlits”, Kazuo İsiquro - “Məni buraxma” və Merilin Robinson - “Qalaad”.




  • 16-07-2024, 22:11