Şənbə 14 İyun 2025 / 17:30:27
                    AZ   |   RU
Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır


Azərbaycan Basketbol Federasiyasının yerli hakimlər üçün təşkil etdiyi seminar davam edir.



Qurumdan Missiya.Az-a verilən məlumata görə, iyunun 28-dən Zuğulba Tədris İdman bazasında Hakimlər Komitəsinin sədri Ələkbər Həsənovun başçılığı ilə keçirilən seminarda 9 yerli hakim iştirak edir. Onlar üçün gündə iki dəfə həm nəzəri, həm də praktiki dərslər təşkil olunur, eləcə də mübahisəli epizodlarının hərtərəfli təhlili aparılır. Bununla yanaşı, dəyişilmiş qaydalar müzakirə olunur.


Bundan əlavə, FIBA-nın təsdiq etdiyi bu seminarda beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən videogörüntü ilə müəyyən mövzular da yerli hakimlərə izah edilir.


Seminarın əsas məqsədi tətbiq olunan qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiqliklə hakimlərə izah olunması, onların bilik və bacarıqlarının artırılmasıdır.


Qeyd edək ki, seminarlar iyunun 30-dək qədər davam edəcək.




  • 29-06-2024, 11:59