AZ   |   RU
Emin Əmrullayev Abşeronda şagirdlərin intiharına reaksiya verdi


"Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik".

Missiya.Az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev özünün feysbuk səhifəsində yazıb.

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!", - deyə nazir əlavə edib.

  • 9-03-2021, 22:23