AZ   |   RU
Bu gün Abbasqulu ağa Bakıxanovun doğum günüdür


21 iyun şair, yazıçı, alim, mütəfəkkir, tərcüməçi və Azərbaycanın ilk tarixçisi Abbasqulu ağa Bakıxanovun anadan olduğu gündür.

Abbasqulu ağa Bakıxanov 1794-cü ilin bu günü Bakının Əmircan kəndində dünyaya gəlib. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirib.

Görkəmli mütəfəkkir çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında "Riyazül - Qüds", "Mişkatül-ənvar" adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapıb.

A. Bakıxanovun fars dilində yazılmış "Merace-xəyal" ("Xəyalın uçuşu"),"Məclisi-firəng" ("Firəng məclisi") bu poemaları avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış "Şikayətnamə"ləri, "Ərzi-hal"ları xatırladır. Qüdsi bu poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim edib.

Böyük alim 1847-ci il mayın 31-də dünyadan köçüb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 21-06-2024, 09:49