AZ   |   RU
Moskvada güclü qasırğa başladı


Rusiyanın paytaxtı Moskva şəhərində güclü külək və yağış müşahidə olunur.

Missiya.Az
 TASS-a istinadən xəbər verir ki, müşaiyət olunan qasırğa səbəbindən Moskva hakimiyyəti sakinlərə müraciət edib.

Məlumata görə, paytaxtda tufan, yağış və 23 m/s-dək güclənən külək saat 22:00-dək davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzinin sinoptikləri şimşək çaxacağı, dolu və küləyin sürətinin 23 m/s-ə çatacağı güclü leysan olacağı ilə bağlı fövqəladə xəbərdarlıq etmişdi.


Zərintac Mayisqızı
Missiya.Az



  • 20-06-2024, 15:39