AZ   |   RU
Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək

 

Baş prokuror Kamran Əliyev cari il iyunun 28-də Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, qəbul saat saat 10:00-da Qazax rayon prokurorluğunun inzibati binasında baş tutacaq.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.




  • 20-06-2024, 14:45