AZ   |   RU
Naməlum şəxslər Kiyevdə əsgər məzarlarını təhqir ediblər

 

Naməlum şəxslər Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərlərinin məzarlarını təhqir ediblər. 

 

Missiya.Az xəbər verir ki, bu barədə “Country Politics” Telegram kanalı məlumat yayıb. 

 

“Bu gecə Kiyevdə naməlum şəxslər ukraynalı əsgərlər Dmitri “Da Vinçi” Kotsyubaylo, Andrey “Jus” Pilşçikov və Pavel Petriçenkonun məzarları üzərində soyğunçuluq törədiblər”, - məlumatda deyilir. 

 

Dərc olunan kadrlardan da göründüyü kimi, naməlum şəxslər məzarların üzərinə hərbçilərin portretlərini yararsız hala salıb,   bayraqları və tribunaların üzərindəki xatirə yazılarını cırıblar.

 

Elcan 

Missiya.Az




  • 20-06-2024, 12:53