AZ   |   RU
“Bu, Parisin növbəti məğlubiyyəti ilə nəticələnə bilər”- politoloq

 

“Fransanın Ermənistanı silahlandırması Cənubi Qafqazda sülhə mane olur. Xüsusilə, Baş nazir Nikol Paşayanin Fransa və Hindistandan silahlar alması, Rusiyadan asılılığa son qoymaq üçün hesablanmış addım olsa da, bir növ Azərbaycanla mümkün hərbi eskalasiyaya görə edilir”. 


Missiya.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib. 


O, bildirib ki, Ermənistan hakimiyyəti sülhdə maraqlıdırsa, hücum silahları almamalıdır: 


“Qeyd edim ki, Türkiyənin Azərbaycana hərbi dəstəyi və regionda güclənməsi Fransanı narahat edir. Fransa Türkiyə ilə regionda maraq toqquşmasına gedir. Amma, ABŞ məhz regionda əsas estafeti Türkiyəyə buraxıb. Fransanın Cənubi Qafqazda Türkiyə ilə üz-üzə gəlməsi, Parisin növbəti məğlubiyyəti ilə nəticələnə bilər”.



  • 20-06-2024, 10:55