AZ   |   RU
Zoğalın saysız-hesabsız faydaları...

 

Çox vaxt qaragilə ilə səhv salınan zoğal sağlamlıq üçün çox faydalıdır. Qaragilə və zoğal eyni nəsildən olsa da, aralarında cüzi fərq var, lakin faydaları danılmazdır.


Zoğal meyvəsi həm təzə, həm də quru istehlak edilə bilər. Lakin meyvənin dadı turş olur.


Adətən el arasında zoğal mürəbbəsi qrip, zökəm, soyuqdəymə kimi xəstəliklərin müalicəvi dərmanı hesab olunur.


Müalicə vasitəsi kimi zoğalın meyvəsindən, çəyirdəyindən, yarpağından istifadə olunur. 


Araşdırmalara görə, tərkibindəki prosiyanidinlərin xora xəstəlikləri və helikobakter pilori infeksiyalarında da təsirli rola malikdir.


Daha çox qadınlarda, bəzən də kişilərdə baş ağrısına səbəb olan sidik yolları infeksiyaları üçün də bu meyvədən istifadə olunur. Bu meyvə sidik yollarının infeksiyalarının müalicəsində və hətta qarşısının alınmasında önəmlidir.


Onu da deyə bilərik ki, bu meyvənin şirəsini qəbul edən şəxslərdə diş çürüməsi azalır, lakin şirəsi çox turş olduğu üçün bu meyvədən istifadə etmək kifayət qədər çətindir. 


Siçanlar üzərində aparılan təcrübələrdə ağciyər və limfa düyünlərindəki şişləri azalda biləcəyini və hətta insult nəticəsində yaranan beyin zədələrindən qorunma təmin edə biləcəyini söyləmək olur. 


Qan durulaşdırıcı dərman istifadə edən xəstələrdə laxtalanma pozğunluqları inkişaf etdirdiyini göstərən araşdırmalar olduğundan, bu qrup dərmanları istifadə edən xəstələrə onları ehtiyatla istehlak etmələri tövsiyyə olunur.


Balanslı istehlakda heç bir zərər vermədiyini söyləsək də, həddindən artıq istehlakda ishal və qarın ağrısı müşahidə edilə bilər.


Leyla SƏMƏNDƏR
Missiya.az



  • 3-06-2024, 15:44