AZ   |   RU
Ermənistan və Macarıstan iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb
 
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar.
 

Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bundan əlavə, Budapeşt görüşündən sonra tərəflər Ermənistan Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İqtisadi Əlaqələr və Xarici İşlər Nazirliyi arasında 2024-2025-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar.


Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 6-05-2024, 15:01