AZ   |   RU
Keniyada daşqınlarda ölənlərin sayı 228 nəfərə çatıb

 

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 228-ə yüksəlib.


Missiya.Az xəbər verir ki, rəsmilər Hidayə qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edib və qasırğanın sahilyanı bölgə üçün təhlükə yaratdığını qeyd ediblər. 


Qarşıdakı günlərdə yağış və küləyin güclənəcəyini bildirən səlahiyyətlilər vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 6-05-2024, 14:57