AZ   |   RU
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfərini təşkil edilib


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfərini təşkil edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi "X" hesabında paylaşım edilib.

"TİKA tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının valideynlərinin Çanaqqala və İstanbula səfəri təşkil edilir. 4 günlük səfərdə şəhid valideynləri Çanaqqala və İstanbulda muzeyləri ziyarət edəcək, Türk şəhid ailələri ilə görüşəcək",- paylaşımda bildirilib.



  • 6-05-2024, 14:40