AZ   |   RU
Türkiyədə əməliyyatlarda 51 şübhəli saxlanılıb

 

Türkiyədə polis qrupları tərəfindən fırıldaqçılıq cinayətinə qarşı həyata keçirilən "Cybergöz-38" əməliyyatlarında 51 şübhəli tutulub.


Missiya.Az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.


Yerlikaya sosial media hesabındakı paylaşımında virtual patrulların kiber vətəndə həftənin 7 günü 24 saat xidmət etdiyini bildirib. 


O, kibercinayətlər və cinayətkarlarla mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 6-05-2024, 10:33