AZ   |   RU
İstanbul boğazı bağlandı



 


İstanbulun Bosfor boğazı gəmilərin hərəkəti üçün bağlanıb.


Missiya.Az xəbər verir ki, bu barədə "Haber7.com" məlumat yayıb.


Bildirilib ki, Boğazın şimal girişində “BRABUS” adlı yük gəmisinin sükanında nasazlıq yarandığı üçün Boğazda gəmi hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb.


“RESCUE-10 Yedək gəmimiz və KEGM-8 sürətli xilasetmə gəmimiz dərhal hadisə yerinə istiqamətləndirilib",-deyə məlumatda qeyd olunub.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 6-05-2024, 10:23