AZ   |   RU
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb



Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən bir qrup erməni Tavuş vilayətinin Kirants kəndindən İrəvana doğru yürüşə başlayıb.

Missiya.Az report-a istinadən xəbər verir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı nümayişə çıxan bir qrup sakin traktorlarla Ermənistan-İran yolunu bağlayıblar.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara uyğun olaraq, sərhəddə iki ölkənin ekspert qrupları geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.



  • 4-05-2024, 21:17