AZ   |   RU
QHT layihənin icrasını tamamladı

Azərbaycan Respublikası Gənclər Fondu qrant müsabiqəsi çərçivəsində “Gənclik və Maarifçilik” İB-nin «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi tədbirlərinin təşkili» layihəsinin icrası tamamlanmışdır.  


Layihənin məqsədi  “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində müəyyən edilmiş inkişaf istiqamətləri ilə gəncləri yaxından tanış etmək, bu əsasda onların gələcək təhsil və karyeralarını planlaşdırmasına kömək etmək idi.


Məlum olduğu  kimi milli prioritetlərdə 5 istiqamət qeyd edilir: dayanıqlı, artan, rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış. Layihə çərçivəsində təhsil müəssisələrində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı gənclərin maarifləndirilməsi  üçün dəyirmi masalar təşkil edilmişdi.


Layihə çərçivəsində ADPU-nun tələbələri ilə bir sıra  maarifləndirici söhbətlər aparılmışdır. Dekabr ayında başlanmış layihə 5 ay  davam etmişdir.



  • 2-05-2024, 16:56