Şənbə 31 May 2025 / 16:27:14
                    AZ   |   RU
Ömər Cəfərov Sumqayıt Futbol Klubuna transfer olunub

Xocalı Futbol Klubunun hücumçusu Ömər Cəfərov Sumqayıt Futbol Klubuna transfer olunub.

Missiya.Az
xəbər verir ki, Xocalı Futbol Klubun futbolçu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Ömər Cəfərov 2017-ci ildən futbolla məşğul olur. İlk məşqlərə Əlincə Futbol Klubundan başlayan Ömər 2 il sonra oyununu Xocalı Futbol Klubunda davam etdirib. Cəld və diqqətli hücumçu oyunları ilə fərqləndiyinə görə Sumqayıt Futbol Klubuna dəvət alıb. Ömərin ən böyük arzusu oyununu gələcəkdə məşhur futbol komandalarinda davam etdirmək və məşhur futbolçu kimi Azərbaycanın adını xarici ölkələrdə tanıtmaqdır.

  • 15-09-2021, 16:42