AZ   |   RU
"Ekspert adı ilə danışan şəxslərin..." - Əziz Əlibəyli

"İTV-nin "Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını bildirir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir". 


Missiya.Az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib: 


"Musabəyov tarixi yaxşı bilməli idi. Axı, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy,  Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir.


Burda televiziya maraqlanmalı idi ki, ekspert adı ilə danışan şəxslərin ağıllarına gələn sözləri işlətməsini vermək olardımı? İkincisi, bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir?


Nəhayət, bu iki şəxslə bağlı isə yalnız təəssüf edirəm və bildirirəm ki, Azərbaycan torpağı sizin şəxsi məqsədlərinizdən istifadə üçün nəzərdə tutulmayıb ki, onu kimə gəldi bəxş edəsiniz,  minlərlə şəhidin haqqı var üzərində...".


Missiya.Az



  • 29-04-2024, 16:16