AZ   |   RU
Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar


Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum ediblər.

Missiya.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gecə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında qeydə alınıb.

Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıb.

Qeyd edək ki, hadisə ilə bağlı əraziyə baytarlar və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb edilib. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıb.



  • 26-04-2024, 12:08