AZ   |   RU
Azərbaycanda son 5 ildə KOB subyektlərinin sayı 54 % artıb

Son 5 ildə Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin sayı 54 % artıb.

Missiya.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov25 aprel - Sahibkarlar Gününə həsr olunmuş tədbirdə bildirib.

"Bu müddətdə KOB–ların qeyri-neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5 %-dən 27,2 %-ə yüksəlib. Onların yaratdığı əlavə dəyə 74 %-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. KOB-ların işçilərinin sayında da müsbət dinamika müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 31 %-ə qədər artaraq 370 min nəfəri keçib", - deyə o qeyd edib.




  • 25-04-2024, 17:45