AZ   |   RU
Qəzzada daha bir jurnalist öldürülüb

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media ofisi məlumat yayıb.


Bildirilir ki, Fələstinin “Əl-An” agentliyinin əməkdaşı Məhəmməd Bisam əl-Cəmel, İsrail ordusunun Rəfahdakı evinə təşkil etdiyi hava hücumunda həyatını itirib.


Məlumata görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin hücumları zamanı Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə yüksəlib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 25-04-2024, 12:24