AZ   |   RU
Macarıstan Azərbaycanın kənd təsərrüfatında yeni texnologiyaların tətbiqini təklif edir


Macarıstan kənd təsərrüfatının müxtəlif sahələrində faydalı ola biləcək yeni texnologiyaların tətbiqi sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibinin beynəlxalq əlaqələr üzrə müavini Oskar Okros (Oszkár Ökrös) Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.

“Əvvəlki çıxışçıların artıq qeyd etdiyi kimi, iki ölkə arasında münasibətlər yaxşı səviyyədədir və daha sıx əlaqələri gücləndirmək imkanlarını nəzərdən keçiririk”, - o bildirib.

O. Okrosun sözlərinə görə, xarici işlər və ticarət naziri Peter Siyartonun bu səfəri Macarıstanın Azərbaycanla əməkdaşlığa nə qədər ciddi maraq göstərdiyini nümayiş etdirib: “Hesab edirik ki, bu münasibətlər bugünkü mürəkkəb qlobal siyasi vəziyyət fonunda həqiqətən dəyərlidir”.



  • 25-04-2024, 12:06