AZ   |   RU
Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb


Türkiyə İnkişaf Yolu Layihəsi və Zəngəzur dəhlizi çərçivəsində planlaşdırılan avtomobil və dəmir yolları üçün işlərə başlayıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Avtomobil Yolları Baş Müdirliyinin (KGM) 74-cü region müdirləri yığıncağının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə Mərkəzi Asiya arasında yeni əlaqələr yaranacaq.

“Artıq işlərə başlamışıq. Türkiyə beynəlxalq nəqliyyat sisteminə inteqrasiyaya üstünlük verir", - nazir qeyd edib.



  • 24-04-2024, 17:35