AZ   |   RU
Ancelina Coli boşandıqdan sonra sərvət qazanıb


Hollivud ulduzları Ancelina Coli və Bred Pittin boşandıqdan sonra nə qədər qazandıqları məlum olub.

Missiya.Az
 xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, 8 il davam etmiş məhkəmə prosesində Ancelina Colinin vəkillərə çox məbləğdə pul xərclədiyi ortaya çıxıb. Amma onun bu ərəfədə elə xeyli pul qazandığı da məlum olub. Belə ki, Coli boşandıqdan sonra 100 milyon dollar gəlir əldə edib. Buna kreditlər, alimentlər, hədiyyələr və onun “Château Miraval” şərab zavodunun 50 faizlik payının satışından qazanılan milyonlar, həmçinin, Pittin uşaqlar üçün verdiyi pullar daxildir.

Qeyd edək ki, cütlük 2008-ci ildə üzüm bağını ilk dəfə alanda təxminən 60 milyon dollar dəyərində idi. Onun qiyməti Pittin sərmayələrindən sonra xeyli artıb - indi ərazi 164 milyon olaraq qiymətləndirilir.

Əlavə edilib ki, Ancelina bunlara baxmayaraq maddi gəlirinin az olmasından gileylənir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 18-04-2024, 15:32