AZ   |   RU
Özbəkistanlı şəxs prezidenti təhqir etdiyinə görə 5 il həbs cəzası alıb

 

Özbəkistan məhkəməsi prezident Şavkat Mirziyoyevi təhqir edən yerli sakini 5 il müddətinə azadlıqdan məhrum edib.


Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.


Məlumata görə, 28 yaşlı respublika vətəndaşı Mirziyoyevin 2023-cü il mayın 9-da Moskvada keçirilən Qələbə Paradında iştirakı ilə bağlı xəbərin skrinşotunu sosial şəbəkələrdə yerləşdirib. Yazının altında o, prezident haqqında təhqiramiz şərh yazıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 30-04-2024, 16:20