AZ   |   RU
“Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir” - Zaxarova

“Qərb ölkələri Ermənistanı regionda yeni münaqişələrin provokasiyası üçün yeni alətə çevirəcək”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.


“Aydındır ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həmçinin KTMT və Aİİ mexanizmlərini pozmağı qarşısına məqsəd qoyub. Qərb dövlətləri Cənubi Qafqazda yaxın qonşuları arasında mübahisə salmağa çalışırlar və Ermənistana ancaq ABŞ və Aİ-nin yeni böyük yanğına başlamağı planlaşdırdığı alət rolu verilir. Qərb təmsilçiləri kifayət qədər oynadıqdan sonra Ermənistanı tərk edəcəklər”, - deyə siyasətçi bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • 18-04-2024, 14:23