AZ   |   RU
Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək.

"Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq" - E.Bağırov deyib.



  • 18-04-2024, 12:40