AZ   |   RU
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanılıb - VİDEO

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Səfərov Ramil saxlanılıb.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə onun üzərindən 3 kiloqramdan çox tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.

R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.



  • 17-04-2024, 16:44