AZ   |   RU
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 14 nəfər ölüb - 61 nəfər yaralanıb

 

Rusiyanın Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində 14 nəfər ölüb, 61 nəfər yaralanıb.


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında bildirib.


Zelenski həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. 


"Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemləri var. Əgər dünyanın Rusiya terrorizminə qarşı mübarizə əzmi yetərli olsaydı, bu baş verməzdi",-deyə o qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 17-04-2024, 16:43