AZ   |   RU
"Toshiba" 5 min işçisini ixtisar edəcək

 

Yaponiyanın elektronika istehsalçısı Toshiba 5 min işçisini ixtisar edəcək ki, bu da ölkədəki işçilərin sayının 7 faizini təşkil edir. 


Missiya.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi şirkət mənbələrinə istinadən məlumat yayıb.


Şirkət öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi inkişaf sahələrinə yönəltməyi planlaşdırır.


Yaponiya şirkəti may ayının əvvəlində hər bir biznes bölməsində neçə vəzifənin ixtisar ediləcəyini müəyyən etmək üçün həmkarlar ittifaqı ilə danışıqlara başlayacaq. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 17-04-2024, 16:34