AZ   |   RU
"Terrorla mübarizə fəaliyyətlərimiz davam edir” - Yaşar Gülər


"Terrorla mübarizə fəaliyyətlərimiz davam edir və bununla bağlı işlərimizi artıracağıq”.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisində jurnalistlərə müsahibəsi zamanı deyib.


"Aprelin 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri zamanı bu ölkə ilə strateji müqavilə imzalayacağıq. İraqlı dostlarımız PKK-nın terror təşkilatı olduğunu deməsələr də ilk dəfə buna yaxın bəyanat qəbul etdilər. Bu da sevindirici haldır", - deyə siyasətçi vurğulayıb.


O, qeyd edib ki, Türkiyə sərhəddə 30 kilometrlik təhlükəsiz xətt qurdu. Ancaq orada görməli olduğumuz bir neçə iş var. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2024, 13:45